Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və yığmamızın kapitanı Rəşad Sadıqov 2011-ci ildə dünyanın ən yaxşı futbolçusunu düzgün müəyyənləşdiriblər.
Qol.Az-ın məlumatına görə, hər iki şəxs İspaniya “Barselona”sının argentinalı hücumçusu Lionel Messinin bu mükafata layiq görüb.
Lakin Foqts ən yaxşı baş məşqçi seçimində yanılıb. O, İngiltərə “Mançester Yunayted”inə rəhbərlik edən Aleks Fergüssonu ilin məşqçisi sayıb. Əvəzində Sadıqov bu ada İspaniya “Barselona”sından Xosep Qvardiolanın daha layiqli olduğunu doğru tapıb. Kapitan hətta İspaniya “Real”inin portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu düzgün olaraq, ikinci pilləyə layiq görüb.
Amma Foqtsun almaniyalı həmyerlisi Bastian Şvaynştaygeri (“Bavariya”) dünyanın ikinci ən yaxşı futbolçusu, Yoahim Lövü (Almaniya millisi) isə ikinci ən yaxşı baş məşqçi seçmək istəyi iflasa uğrayıb. Şvaynştayger və Löv FİFA-nın sorğusu nəticəsində hətta ilk “3-lüy”ə düşə bilməyib. Yığmamızın baş məşqçisi Ueyn Runini (“Mançester Yunayted”) və Oskar Tabaresi (Uruqvay millisi) də ən yaxşı oyunçu və baş məşqçilər siyahısında ilk “3-lük”də düzgün görə bilməyib.
Sadıqov isə yığmamızın və “Qarabağ”ın heyətində rəqib olduğu Almaniya millisinin baş məşqçisi Yoahim Lövlə “Borussiya” (Dortmund, Almaniya) komandasına rəhbərlik edən Yurgen Kloppu ən yaxşı baş məşqçilər siyahısında ikinci və üçüncü pillədə göstərib. Halbuki həmin yerləri müvafiq olaraq, Aleks Fergüsson (“Mançester Yunayted”) və Joze Mourinyo (“Real Madrid”) tutub. Kapitan üçüncü ən yaxşı futbolçu seçimində də yanılıb. O, “Real Madrid”in və Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisi Məsut Özili fərqləndirib. Lakin dünyanın üçüncü ən yaxşı oyunçusu “Barselona”lı Xavi Ernandes olub.
Mənbə: Lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi