Sabiq baş məşqçi rəsmən sabiqlərin komandasında

Sabiq baş məşqçi rəsmən sabiqlərin komandasında
XƏBƏR 10 Yanvar 2012 / 01:09 1789
-  A +

Ukraynanın “Volın” futbol komandasında baş məşqçi postuna Anatoli Demyanenko təyin olunub.

Qol.Az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis bir müddət öncə istefaya göndərilmiş Vitali Kvartsyanını əvəzləyib.

Artıq kollektivlə tanış olan Demyanenko yanvarın 11-də Lutsk komandasını Türkiyəyə təlim-məşq toplantısına aparacaq.

Qeyd edək ki, Anatoli Demyanenko 2008-ci ildə yanvarın əvvəllərindən avqustun sonlarınadək “Neftçi”nin baş məşqçisi olub. Azərbaycanlı futbolçular Samir Əliyev, Kamal Quliyev, Tərlan Əhmədov, Cahangir Həsənzadə, Fərrux İsmayılov və İlham Yədullayev vaxtilə məhz Vitali Kvartsyanının rəhbərliyi altında “Volın”da oynayıblar.


Son xəbərlər