Messinin ilk müqaviləsi salfet kağızı üzərində imzalanıb

Messinin ilk müqaviləsi salfet kağızı üzərində imzalanıb
XƏBƏR 10 Yanvar 2012 / 00:20 2278
-  A +

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə ilk peşəkar müqaviləsini salfet kağızı üstündə bağlayıb.

Qol.Az-ın “Leo bild.de”yə istinadən verdiyi məlumata görə, bu olay 2000-ci il dekabrın 14-də Kataloniya restoranlarından birində baş verib.

“Barsa”nın o vaxtkı baş məşqçisi Karles Reksaç Messinin atası ilə söhbət edirmiş. Atası oğlunun durumundan narazı olub və onu “Barselona”nın akademiyasından götürməklə hədələyib.
 
Söhbətin yekununda Reksaç ofisiantdan salfet kağızı gətirməsini xahiş edib. Məşqçi kağızın üzərində kataloniyalıların Messiyə ehtiyacının olduğunu və ona müqavilə təklif etdiklərini yazıb. Reksaçdan əlavə, “sənəd”ə Messinin vəkili və agenti qol çəkib.

 


Son xəbərlər