Leonardo Maradonanın cavabını verdi

Leonardo Maradonanın cavabını verdi
XƏBƏR 10 Yanvar 2012 / 00:01 1693
-  A +

Fransanın PSJ klubunun idman direktoru Leonardo dünya və Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanın cavabını verib.

Qol.Az-ın məlumatına görə, braziliyalı mütəxəssis Maradonanın onun haqda "Leonardo nə etdiyini bilmir" fikirlərinə belə münasibət bildirib:

"Maradona doğru deyir. Şəxsən bunu mən də anlamıram. Ancaq Messi və Peledən sonra dünyanın ikinci və ya üçüncü futbolçusunun mənim haqda danışmasından çox məmnunam. Bu, əladır".

Qeyd edək ki, Leonardo "Milan" və "İnter"də baş məşqçi kimi fəaliyyət göstərdikdən sonra PSJ klubuna idman direktoru təyin olunub.


Son xəbərlər