Messidən növbəti alicənablıq

XƏBƏR 9 Yanvar 2012 / 23:37 2084
-  A +

Dalbadal üçüncü dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi bu mükafata daha bir iddiaçı olan komanda yoldaşı Xaviyə təşəkkür edib.

Qol.Az-ın məlumatına görə, o, bu mükafatı Xaviylə bölüşdüyünü bildirib.

“Mən onunla bir komandada oynayıram. Xavinin köməyi olmasaydı, bu mükafatı qazana bilməzdim” – deyə Messi bildirib.
 
“Mənim üçün üçüncü dəfə dünyanın ən yaxşı futbolçusu olmaq böyük şərəfdir. Mənə səs verən hər kəsə, “Barselona” və Argentina millisindəki komanda yoldaşlarıma təşəkkür edirəm” – deyə Messi vurğulayıb.

 


Son xəbərlər