Qvardiola dünyanın ən yaxşı məşqçisi seçildi

XƏBƏR 9 Yanvar 2012 / 23:29 1541
-  A +

Bu gün FİFA-nın qərargahının yerləşdiyi Sürix şəhərindəki “Kongresshaus”da keçirilən qala-gecədə dünyanın ən yaxşı məşqçilərinin adı açıqlanıb.

Qol.Az-ın məlumatına görə, “Barselona”nın çalışdırıcısı Xosep Qvardiola dünyanın ən yaxşı kişi baş məşqçisi, Yaponiyanın qadın yığmasının çalışdırıcısı Norio Sasaki dünyanın ən yaxşı qadın baş məşqçisi seçiliblər. Onlardan başqa, “Santos”un və Braziliya yığmasının hücumçusu Neymar qolu isə ilin ən yaxşı qolu seçilib və o, “Puşkaş mükafatı”na layiq görülüb.

“Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüsson “FİFA prezidentinin mükafatı”, Yaponiya Futbol Assosiasiyası isə “Fair Play” mükafatları ilə təltif olunublar.


Son xəbərlər