"Barselona"lı ulduzu irqçi təzyiqə məruz qaldı

"Barselona"lı ulduzu irqçi təzyiqə məruz qaldı
XƏBƏR 9 Yanvar 2012 / 17:36 2127
-  A +

İspaniya La Liqasının sonuncu turu çərçivəsində dünən keçirilən "Espanyol" - "Barselona" matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, həmin görüşdə "Barselona"nın müdafiəçisi Daniel Alveş irqçi təzyiqə məruz qalıb.

Brazilyalı futbolçu topu ayağına alan kimi "Espanyol"lu azarkeşlər meymun səsləri çıxarmağa başlayıblar. Hər iki komandanın bununla bağlı şikayət etdiyi bildirilir.

Alveş baş verənlərlə bağlı isə bunları deyib: "Mən meydanda heç bir şey eşitmədim. Daha çox oyuna kökləndiyim üçün azarkeşlərin təzyiqinin fərqində olmuram. Ancaq istənilən halda bu yolverilməzdir".

Qeyd edək ki, "Espanyol" - "Barselona" matçı 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər