Roberto Karlos: "Məşqçilik fəaliyyətinə hazır deyiləm"

Roberto Karlos: "Məşqçilik fəaliyyətinə hazır deyiləm"
XƏBƏR 9 Yanvar 2012 / 14:35 1812
-  A +

"Anji" klubunun müdafiəçisi Roberto Karlos maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, braziliyalı oyunçu məşqçilik haqda düşünmədiyini və futbolçu karyerasını davam etdirmək istədiyini bildirib:

"Mən hələ də oynamaq istəyirəm. Çünki məşqçilik fəaliyyətinə hazır deyiləm. Buna görə də futbolçu imicimə xərər gətirmək istəmirəm. Əgər mən məşqçi kimi "Anji"də uğur qazanmasam, o zaman komandadan qovulacam.

Mən də bundan qorxuram. Bununla belə, mənim gələcəyim Rusiya ilə bağlıdır. Burada özümü çox yaxşı hiss edirəm və uzun müddət Rusiyada çalışmaq istəyirəm. Komandanın sahibi Süleyman Kərimov da onun "Anji"yə rəhbərliyi dövrdə mənim Mahaqaçqalada qalacağımı bildirib". 


Son xəbərlər