Qurban Qurbanov “Barselona”nın iki oyununu stadiondan izləyəcək

Qurban Qurbanov “Barselona”nın iki oyununu stadiondan izləyəcək
XƏBƏR 9 Yanvar 2012 / 14:04 1738
-  A +

Yanvarın 10-dan 15-dən İspaniyanın “Barselona” klubunda təcrübə keçəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu komandanın iştirakıyla keçiriləcək iki oyuna da baxacaq.

Qol.Az-ın “Qarabağ”ın saytına istinadən yaydığı məlumata görə, Qurbanov yanvarın 13-də İspaniya kubokunda Osasunada yerli komandayla  katalonların cavab görüşünü, yanvarın 15-də isə “Nou Kamp”da  “Barselona” – “Betis” oyununu izləyəcək.


Son xəbərlər