"Bakı" Almaniya klubu ilə qarşılaşacaq

"Bakı" Almaniya klubu ilə qarşılaşacaq
XƏBƏR 9 Yanvar 2012 / 13:45 1571
-  A +

Paytaxtın "Bakı" klubu bu gün təlim-məşq toplanışını keçirəcəyi Antalyaya yola düşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 9-20 yanvar tarixləri arasında Bələkdə məskunlaşacaq "Bakı" 2 yoldaşlıq görüşü keçirəcək.

"Bakı"nın İlk yoxlama oyunu yanvarın 14-də Hollandiya çempionatının lideri "AZ Alkmaar"a qarşı baş tutacaq. Yanvar ayının 19-da Aleksandr Starkovun komandası daha bir yoldaşlıq oyununa çıxacaq.

İkinci sparrinq rəqibin də adı artıq məlumdur. Bu, Almaniya I liqasının təmsilçisi "İnqolştadt 04" klubudur.


Son xəbərlər