Arşavin yenidən "Zenit"ə qayıdır?

Arşavin yenidən "Zenit"ə qayıdır?
XƏBƏR 9 Yanvar 2012 / 13:02 1838
-  A +

"Arsenal" klubunun yarımmüdafiəçisi Andrey Arşavin yenidən Rusiya Premyer Liqasına çıxış edə bilər.

Qol.Az-ın məlumatına görə, rusiyalı futbolçunun "Zenit" (Peterburq) klubuna qayıdacağı iddia olunur.

Peterburq təmsilçisi Arşavin üçün 8 milyon avro ödəməyə hazırdır. Bu mövsüm "Arsenal"ın əsas heyətindən kənarda qalan futbolçunun da "Zenit"in təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Arşavin 2009-cu ildə 15 milyon avro qarşılığında məhz "Zenit"dən "Arsenal"a transfer olunmuşdu. 


Son xəbərlər