Qvardiola: "Real"ın da çətin görüşləri olacaq"

Qvardiola: "Real"ın da çətin görüşləri olacaq"
XƏBƏR 9 Yanvar 2012 / 12:26 1960
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola dünən səfərdə 1:1-lik bərabərə qaldıqları "Espanyol"la oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Qvardiola "Real" (Madrid) klubu ilə fərqin artmasına baxmayaraq, La Liqanın hələ bitmədiyini bildirib:

"La Liqa hələ bitməyib. Çempionluğun əldən getdiyini düşünmürəm. Bizdən öndə çox güclü bir komanda var. Ancaq "Real"ın da çətin görüşləri olacaq.

Səhvlərimizi təhlil edəcəyik. Meydanda öz oyunumuzu oynamalıyıq. Hakimləri müzakirə etməməliyik. "Barselona" bu tip işləmək məcburiyyətindəyik".


Son xəbərlər