Rəşad Sadıqov bu dəfə də seçildi

XƏBƏR 5 Aprel 2009 / 20:28 2554
-  A +

Bu gün Türkiyə çempionatının XX turu çərçivəsində keçirlən oyunda “Kocaelispor” səfərdə “Ankaragücü”nə 0:4 hesabıyla uduzsa da, həmyerlimiz, milli komandamızın kapitanı Rəşad Sadıqov yenə də yaxşı oyunuyla seçilib. Qol,Az-ın məlumatına görə, komandasının böyük hesablı məğlubiyyətinə baxmayaraq, Rəşad bu dəfə də inamlı oyunuyla diqqət çəkib. Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin saytı, həmyerlimizin oyununu 2 ulduzla qiymətləndirib. Rəşad Sadıqov “Kocaelispor”un ən yaxşı 3 futbolçusundan biri olub. Rəşaddan başqa, Nsumbu və Aqbetunun da çıxışı iki ulduzla qiymətləndirilib. “Kocaelispor”un qalan futbolçuları isə 1 ulduza layiq görülüblər.        


Son xəbərlər