Benzema Zinəddin Zidanı geridə qoydu

Benzema Zinəddin Zidanı geridə qoydu
XƏBƏR 9 Yanvar 2012 / 01:13 1933
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema vurduğu qollarla komandanın tarixinə düşüb.

Qol.Az-ın məlumatına görə, "Qranada" ilə görüşdə (5:1) 2 dəfə fərqlənən Benzema "Real"ın tarixində ən çox qol vuran fransız futbolçu olub.

Məhz "Qranada" ilə matçda dubl edən 24 yaşlı futbolçu 51 qolla komandanın əfsanəvi oyunçusu Zinəddin Zidanı geridə qoyub. Zidan "Real"da çıxış etdiyi 4 il ərzində (2002-2006) 49 dəfə rəqib qapılarına yol tapmışdı.

Lakin "Qranada" ilə oyun Benzema üçün yaxşı nəticələnməyib. Özünün 2-ci, komandasının 4-cü qoluna imza atan Benzema zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. Fransız futbolçunun "Malaqa" ilə görüşdə meydana çıxmayacağı bildirilir.

Qeyd edək ki, 2009-cu ildə "Lion"dan "Real"a transfer olunan Benzema 51 qolun 33-nə La Liqada, 7-nə İspaniya kubokunda, 11-nə isə avrokuboklarda imza atıb. 


Son xəbərlər