Samuel Eto'Onun cəzası yüngülləşdirildi

Samuel Eto
XƏBƏR 8 Yanvar 2012 / 03:06 1813
-  A +

Kamerun milli komandasının kapitanı Samuel Eto'Onun cəzası yüngülləşdirilib.

Qol.Az-ın məlumatına görə, bu barədə Kamerun Futbol Federasiyası (KFF) qərar çıxarıb.

Daha öncə Əlcəzair ilə keçirilən yoldaşlıq görüşündə oynamaqdan imtina edərək 15 oyunluq cəzaya məruz qalan futbolçu bundan sonra 4 rəsmi matçı buraxmalı olacaq.

Yəni, federasiya Eto'Oya güzəştə gedərək, futbolçunun cəzasını 15 oyundan 4 matça endiriblər. Bu isə o deməkdir ki, Eto'O 4 rəsmi oyunda Kamerun millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, Kamerun milli komandasının digər üzvlərinə verilən cəzalarda isə heç bir dəyişiklik olmayıb. 


Son xəbərlər