"Pele və Maradona ilə karyeramı başa vurduqdan sonra müqayisə edilə bilərəm"

XƏBƏR 8 Yanvar 2012 / 02:25 2036
-  A +

"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi karyerasını başa vuracaq komandanın adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu karyerasının sonuna qədər "Barselona"da oynayacağını bildirib:

"Dünyanın ən yaxşı komandasındayam. Başqa heç bir klubda bu qədər xoşbəxt ola bilmərəm. Məndən bezəcəkləri müddətə qədər buradayam. İnanıram ki, heç bezməyəcəklər də.

Qvardiolaya gəldikdə isə onu təqdim etməyə ehtiyac yoxdur. O, "Barselona"nı bizdən yaxşı tanıyır və hər oyunçuya necə davranılması çox gözəl bilir. Qvardiola ilə işləmək hər bir futbolçunun böyük arzusudur".

Messi daha sonra dünya əfsanələri ilə müqayisə olunmasına da münasibət bildirib: "Hələ 24 yaşındayam və futbola yeni başlayıram. Pele, Maradona və Di Stefano kimi futbolçulara böyük hörmətim var. Bu futbolçularla karyeramı başa vurduqdan sonra müqayisə edilə bilərəm".


Son xəbərlər