Vaqner Lav: "Fənərbaxça" məni alsın"

Vaqner Lav: "Fənərbaxça" məni alsın"
XƏBƏR 7 Yanvar 2012 / 17:18 2818
-  A +

CSKA (Moskva) klubunun hücumçusu Vaqner Lav karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, Moskva klubundan ayrılmağı düşünən braziliyalı futbolçu "Fənərbaxça"da oynamaq istədiyini bildirib.

Rusiyadakı həyatından məmnun olmayan Lavın menecerləri onu Braziliyanın "Fluminense" klubuna satmağı düşünsələr də, futbolçu Avropada qalmaq niyyətindədir:

"Mən Avropada qalmaq istəyirəm. "Fənərbaxça"nın hücumçu axtardığını bilirəm. Buna görə də "Fənərbaxça" məni alsa, yaxşı olar". Futbolçunun menecerləri isə bundan sonra "Fənərbaxça" rəhbərliyi ilə görüşüərək Lavla maraqlanıb-maraqlanmadıqlarını öyrəniblər.

Qeyd edək ki, "Fənərbaxça" Fransanın "Lill" klubunun hücumçusu Moussa Sounu transfer etməyə çox yaxındır.


Son xəbərlər