Mourinyo Qvardiolanın dünyanın ən yaxşı məşqçisi seçilməsindən danışdı

Mourinyo Qvardiolanın dünyanın ən yaxşı məşqçisi seçilməsindən danışdı
XƏBƏR 7 Yanvar 2012 / 11:45 2585
-  A +

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo “Barselona”dakı hamkarı Xosep Qvardiolanın ili ən yaxşı məşqçisi adına layiq görülməsinə münasibət bildirib.

Qeyd edək ki, Qvardiola Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) sorğusuna əsasən, birinci yeri tutub.  Bu siyahıda Mourinyo ikinci, “Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüsson isə üçüncü olub.

“Qvardiola bu ada layiqdir” – deyə Mourinyo bildirib.

Qeyd edək ki, “Real”ın baş məşqçisinin IFFHS-nin mükafatlandırma mərasiminə qatılmayacağı məlum olub.


Son xəbərlər