"Anji"nin yeni hədəfi - Rikardo Quarejma

"Anji"nin yeni hədəfi - Rikardo Quarejma
XƏBƏR 6 Yanvar 2012 / 18:49 2426
-  A +

Rusiyanın "Anji" klubu qış transfer pəncərəsində növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi "Beştiktaş"ın portuqaliyalı ulduzu Rikardo Quarejmaya "elçi" düşüb.

"Anji" klubunun yaxın günlərdə İstanbula gedərək Quarejma ilə danışıqlara başlayacağı iddia olunur. Süleyman Kərimovun komandasının portuqaliyalı ulduz üçün 8 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Lakin daha öncə Quarejma üçün gələn təklifləri birmənalı şəkildə rədd edən "qara qartal"ın "Anji"nin bu təklifini necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, Quarejma zədə səbəbindən uzun müddətdir "Beşiktaş"da çıxış edə bilmir.


Son xəbərlər