"Simurq" klubunda yeni məşqçi və futbolçu

XƏBƏR 6 Yanvar 2012 / 16:30 2130
-  A +

“Simurq” məşqçi Emil Babayevlə rəsmi müqavilə bağlayıb.

Qol.Az-ın məlumatına görə, Nizami Sadıqovun gedişindən sonra boş qalmış yerə Emil Babayev gətirilib. O komandada qapıçılarla işləyən məşqçi təyin olunub.

Qeyd edək ki, Emil Babayev “A” kateqoriyalı məşqçidir. Onun son iş yeri “Rəvan” klubu olub. Bundan əvvəl isə, o, ”Neftçi” komandasında və U-17-də qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərib.

Bundan əlavə “Neftçi” klubunun gənc yarımmüdafiəçisi Nicat Qurbanov icarə əsasında “Simurq” klubunda çıxış edəcək. Nicat Qurbanov “Simurq” klubunda 15 nömrəli formanı geyinəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner