Ronaldo və Mourinyo "Qızıl top"mükafatını boykot etdilər

Ronaldo və Mourinyo "Qızıl top"mükafatını boykot etdilər
XƏBƏR 6 Yanvar 2012 / 15:48 2566
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo və komandanın hücumçusu Kriştiano Ronaldo "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etməyəcəklər.

Qol.Az-ın məlumatına görə, portuqaliyalılar yanvarın 9-da keçiriləcək tədbirdə iştirak etməkdən boyun qaçırıblar.

Buna səbəb kimi isə onların yanvarın 11-də İspaniya kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasında səfərdə "Malaqa" ilə keçiriləcək oyuna yaxşı hazırlaşmaları göstərilir.    

Madriddə keçirilən ilk oyunda 3:2 hesabı ilə qələbə qazanan "Real" səfər matçına da çox ciddi hazırlaşır. Gələn həftə isə dünyanın ən yaxşı futbolçusu və məşqçisinin adı açıqlanacaq. Həm Ronaldo, həm də Mourinyo bu mükafata iddialıdırlar. 


Son xəbərlər