"Bavariya" - "Əl Sailiya": 13:0

"Bavariya" - "Əl Sailiya": 13:0
XƏBƏR 6 Yanvar 2012 / 13:02 2318
-  A +

Almaniya Bundesliqasının hazırki lideri "Bavariya" klubu ikinci dövrənin hazırlıqlarını Qətərdə davam etdirir.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi Qətərin paytaxtı Dohada yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Qətərin "Əl Sailiya" klubu ilə qarşılaşan "Bavariya" rəqibini biabır edib. Fasiləyə 3:0 hesabı ilə üstün yollanan Bundesliqa təmsilçisi ikinci hissədə rəqibini daha 10 dəfə məyus edib.

Nəticədə "Bavariya" 13:0 hesabı ilə qələbə qazanıb. Komandanın qollarına isə Roben, (36), Qomez (37), Müller (45), Oliç (52, 62, 74, 82 və 84), Riberi (73 və 77), Petersen (54 və 85) və Kontento (78) imza atıblar.

Qeyd edək ki, "Bavariya" Bundesliqanın II dövrəsinin ilk matçında yanvarın 20-də "Borussiya" (Münhenqladbax) klubu ilə qarşılaşacaq.


Son xəbərlər