“Volqa”nın baş məşqçisi: “Hücum xəttini gücləndirmək üçün yeni futbolçular alacağıq”

XƏBƏR 6 Yanvar 2012 / 00:21 1880
-  A +

Azərbaycanlı futbolçu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubu yeni transferlər həyata keçirməyə hazırlaşır.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, komandanın baş məşqçisi Dmitri Çerışev qış fasiləsində hücum xəttini gücləndirmək fikrində olduqlarını deyib: “Biz cinah yarımmüdafiəçiləri axtarırıq ki, hücum xəttimizi gücləndirə bilsinlər. Hücumu gücləndirmək komandamızın prioritetidir”.

O, yeni transferlərinin yerli, ya xarici olmasının elə bir əhəmiyyət kəsb etməyəcəyini deyib. Qeyd edib ki, bu transferlərdə əsas məqsədləri Rusiya Premyer Liqasında mövqelərini qorumaqdır.


Son xəbərlər