"Mançester Yunayted"ə keçmək niyyətim yoxdur"

"Mançester Yunayted"ə keçmək niyyətim yoxdur"
XƏBƏR 5 Yanvar 2012 / 18:34 2659
-  A +

"İnter" klubunun yarımmüdafiəçisi Uesli Sneyder "Mançester Yunayted"ə transfer olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, hollandiyalı futbolçu qışda heç yerə getməyəcəyini və ən azı mövsümün sonuna qədər "İnter"də qalacağını açıqlayıb:

"Hazırda "İnter"dəki vəziyyətimdən çox məmnunam. Bu səbədən də "Mançester Yunayted"ə keçmək niyyətim yoxdur. Qışda komandanı tərk etməyəcəyəm və ən azı mövsümün sonuna qədər "İnter"də qalacağam. Gələcək karyeramı hansı klubda davam etdirəcəyimi isə zaman göstərəcək".

Qeyd edək ki, 2009-cu ildən "İnter"də çıxış edən 27 yaşlı futbolçu keçirdiyi 57 oyunda 9 dəfə fərqlənib.


Son xəbərlər