Əfsanəvi futbolçu yenidən baş məşqçi oldu

Əfsanəvi futbolçu yenidən baş məşqçi oldu
XƏBƏR 5 Yanvar 2012 / 16:28 2247
-  A +

Ötən illərin əfsanəvi futbolçusu Xristo Stoiçkov Bolqarıstanın “Liteks” klubuna baş məşqçi təyin olunub.

Qol.Az-ın məlumatına görə, klub prezidenti Qrişa Qançev 45 yaşlı mütəxəssisi komandaya təqdim edib.

Stoiçkov bu vəzifədə Atanas Cambaskini əvəzləyib. Cambaski qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar postundan kənarlaşdırılıb.

Qeyd edək ki, əvvəllər Bolqarıstan milli komandasına da rəhbərlik etmiş Xristo Stoiçkovun son iş yeri Rusiyanın “Rostov” klubunun prezidentinin müşaviri postu olub.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner