Finlərin baş məşqçisi Azərbaycan yığması üzərindəki qələbədən danışdı

Finlərin baş məşqçisi Azərbaycan yığması üzərindəki qələbədən danışdı
XƏBƏR 4 Yanvar 2012 / 23:12 1770
-  A +

"Hər dəfə buraya gələndə, turnirin miqyası və yüksək səviyyədə təşkili bizi heyran qoyur. Bu il format dəyişib və məncə, turnir daha maraqlı xarakter alıb".

Qol.Az-ın məlumatına görə, bu sözləri Finlandiyanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Kimmo Lipponen deyib.

Qeyd edək ki, Sant-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirdə Azərbaycan yığması finlandiyalı həmyaşıdlarına 0:7 hesabıyla uduzub.

Kimmo Lipponenin fikrincə, millimizin futbolçusuna qırmızı vərəqə göstərdiyi epizodda hakim yersiz həyəcanlanıb (millimizin futbolçusu Murad Musayevin 20-ci dəqiqədə qırmızı vərəqə alması nəzərdə tutulur - red.): "Azərbaycan yığmasının azlıqda qalması bu oyunda həlledici rol oynadı".

Son xəbərlər