Maradona: "Biz Messi, Xavi və Aquero ilə maraqlanırıq"

Maradona: "Biz Messi, Xavi və Aquero ilə maraqlanırıq"
XƏBƏR 4 Yanvar 2012 / 13:35 2143
-  A +

"Əl Vasl" klubunun baş məşqçisi Dieqo Armando Maradona Raul və Droqba kimi dünya ulduzlarının komandaya transfer olacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, bu xəbərləri təkzib edən Maradona adı çəkilən futbolçularla maraqlanmadıqlarını açıqlayıb:

"Raul və Droqbanın transferindən söhbət gedə bilməz. Bunlar yanlış məlumatlardır. Biz Messi, Xavi və Aquero kimi futbolçularla maraqlanırıq. Əgər bu oyunçuları transfer edə bilsək, daha bir Asiyalı futbolçu da almağı düşünürük.

Ancaq bu transferləri həyata keçirmək üçün yetərincə büdcəmiz yoxdur. Bu səbəbdən də Raul və Droqbanın transferləri bizə uzaqdır. Büdcəmizə uyğun oyunçu almaqla heyətimizi gücləndirmək niyyətindədyik".


Son xəbərlər