Hollandiyalı ulduz "Qalatasaray" yolunda

Hollandiyalı ulduz "Qalatasaray" yolunda
XƏBƏR 4 Yanvar 2012 / 10:26 2833
-  A +

"Liverpul" klubunun hücumçusu Dirk Kuyt karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçunun "Qalatasaray"a transfer ediləcəyi iddia olunur.

Son turlar ilk 11-liyə düşməkdə çətinlik çəkən Kuytun da "Liverpul"dan ayrılmaq istədiyi bildirilir. İstanbul nəhənginin 31 yaşlı futbolçuya həftəsinə 65 min funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, 2006-cı ildən "Liverpul"un şərəfini qoruyan Kuyt keçirdiyi 191 oyunda 49 dəfə fərqlənib.


Son xəbərlər