Luis Suares: "Bizim ölkədə "zənci" sözü təhqir hesab olunmur"

XƏBƏR 4 Yanvar 2012 / 00:23 1995
-  A +

İngilltərənin "Liverpul" klubunun hücumçusu Luus Suares "Mançester Yunayted"in afrikalı futbolçusu Patris Evranı təhqir etməsinə görə ona çıxarılan səkkiz oyunluq cəzayla bağlı fikirlərini bildirib.

Qol.Az-ın "Mirror"a istinadən yaydığı məlumata görə, bu gün xüsusi bəyanatla çıxış edən uruqvaylı futbolçu bildirib: "Mən bu cəzanı çəkəcəyəm. Baş verənlən mənim təəssüfümə səbəb olib. Amma eyni zamanda bildirmək istəyirəm ki, bizim ölkədə "zənci" sözü hər yerdə işlənir və təhqir hesab olunmur".

Qeyd edək ki, bundan əvvəl İngiltərə Futbol Assosiasiyasında keçirilən dinləmədə Suares Yaya Ture və Qlen Consona da "zənci" dediyini söyləyib.


Son xəbərlər