"İnter" Antalyada beynəlxalq turnirdə iştirak edəcək

XƏBƏR 4 Yanvar 2012 / 00:06 1665
-  A +

Yanvar ayında Antalyada təlim-məşq toplanışına başlayacaq Bakı "İnter"i toplanış çərçivəsində  “Antalya Trofi” adlı turnirə qatılacaq. Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, 6 komandanın mübarizə aparacağı turnir yanvarın 28-dən fevralın 2-dək davam edəcək. Komandalar 2 qrupa ayrılacaq və hər qrupda 3 komanda mübarizə aparacaq.

Qeyd edək ki, “İnter” Avstriyanın “Şturm” (Qrats) və Rumıniyanın “Universitatea Cluj" komandalarının olduğu qrupda mübarizəyə qoşulacaq. Komanda yanvarın 28-də avstriyalılarla, 30-dasa rumınlarla qarşılaşacaq. Fevralın 2-də 1-ci,3-cü və 5-ci yerlər uğrunda oyunların keçiriləcəyi planlaşdırılır.

Əlavə edək ki, ikinci qrupda Rumıniyanın “Vitorul Konstanta”, Xorvatiyanın RNK “Split” və Ukraynanın “Vorskla”(Poltava) komandaları çıxış edəcək.


Son xəbərlər