"Oğlumun qaradərili futbolçularla qarşılacağından qorxuram"

"Oğlumun qaradərili futbolçularla qarşılacağından qorxuram"
XƏBƏR 3 Yanvar 2012 / 18:52 2873
-  A +

"Liverpul" klubunun futbolçusu Luis Suarezin anası Sandra Suarez maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Sandra "Mançester Yunayted"in müdafiəçisi Patris Evraya qarşı irqçi davranışı və "Fulhem"lə görüşdə azarkeşlərə etdiyi qeyri-etik hərəkəti səbəbindən 8 oyunluq cəzalandırlan oğlunun gələcəyindən narahat olduğunu bildirib:

"Mən oğlumu yaxşı tanıyıram. O azarkeşlərə qarşı qeyri-etik hərəkət edə bilər. Ancaq qətiyyətlə deyirəm ki, Luis irqçi deyil. Artıq oğlumun qaradərili futbolçularla qarşılacağından qorxuram. Çünki həmin anda Suarez psixoloji təzyiqlə üzləşəcək. Əlbəttə, bu da məni indidən narahat edir".


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner