Bekhem PSJ-yə transfer olunmayacaq

Bekhem PSJ-yə transfer olunmayacaq
XƏBƏR 3 Yanvar 2012 / 17:28 1717
-  A +

"Los Angeles Qalaksi" klubunun futbolçusu Devid Bekhem PSJ-yə transfer olunmayacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə PSJ klubunun baş məşqçisi Leonardo açıqlama verib.

Baş məşqçi Bekhemin PSJ-yə transfer olunmayacağını bildirərək, artıq yeni futbolçu axtarışlarına başladıqlarını bildirib. 36 yaşlı futbolçunun ailəvi səbəblərdən Paris təmsilçisinə transfer olmaq istəmədiyi söylənilir.

Qeyd edək ki, PSJ Bekhemi böyük məbləğ müqabilində komandaya transfer etmək niyyətində idi. 


Son xəbərlər