"Barselona"da itki

XƏBƏR 2 Yanvar 2012 / 13:40 2770
-  A +

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın tətildə olduğu vaxtda Karles Puyol Kataloniya yığmasının heyətində Tunis millisi ilə yoxlama oyununda zədələnib.

Təcrübəli müdafiəçi bud əzələsi dartıldığı üçün oyunu yarımçıq tərk edib. Onun İspaniya kubokunun 1/8 finalında “Osasuna”ya qarşı oyunda meydana çıxmayacağı gözlənilir.


Son xəbərlər