Tyerri Anri rəsmən "Arsenal"da

Tyerri Anri rəsmən "Arsenal"da
XƏBƏR 30 Dekabr 2011 / 14:43 2872
-  A +

"Arsenal" klubunun əfsanəvi futbolçusu Tyerri Anrinin "Arsenal"a qayıdışı rəsmiləşib.

Qol.Az-ın məlumatına görə, "topçular"la 2 aylıq müqavilə imzalayan fransalı hücumçunun 48 saat ərzində Londona gedəcəyi gözlənilir.

Bu isə o deməkdir ki, Anri yeni ili məhz Londonda keçirəcək. 34 yaşlı futbolçu "Arsenal"ın heyətində ilk matçına isə yanvarın 9-da çıxacaq.
 
İngiltərə Federasiya kubokunda "Lids Yunayted"lə oyunda ilk rəsmi matçına çıxacaq Anrinin 12 nömrəli formanı geyəcəyi bildirilir.

Qeyd edək ki, Anri mart ayında Amerika liqasında II dövrənin başlaması ilə əlaqədar yenidən məxsus olduğu "Nyu-York Red Bulls" klubuna qayıdacaq.


Son xəbərlər