PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi

PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 30 Dekabr 2011 / 13:26 2693
-  A +

Uzun müddətdir baş məşqçi axtarışlarını davam etdirən Fransanın PSJ klubu nəhayət ki, istəyinə çatıb.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisi məşhur italiyalı mütəxəssis Karlo Ançelotti ilə müqavilə imzalayıb.

Lakin Ançelottinin komanda ilə neçə illik müqavilə bağlaması haqda məlumat verilməyib. Bununla belə, Ançelotinin PSJ-də illik qazancı da müəyyənləşib.

İtaliyalı mütəxəssis Ançelotti PSJ-də ilinə 6 milyon avro qazanacaq. Bu rəqəmlə Ançelotti Fransa liqasında ən çox qazanan məşqçi adına da yiyələnib. 


Son xəbərlər