Premyer-liqa komandalarının əvəzedici heyətləri arasında keçirilən XVII Azərbaycan çempionatında bu gün keçirilən 4 qarşılaşmayla XX tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, tur liderlərin qələbələriylə yadda qalıb. “Neftçi” MOİK-i, “Qarabağ” da “Turan”ı 3:0 hesabıyla məğlub edib. “Xəzər-Lənkəran” da öz meydanında “Standard”ın qapısından 3 qol keçirsə də, qonaqlar bu toplardan birinin əvəzini çıxa biliblər. Bu oyunlardan fərqli olaraq, “Olimpik” - “Bakı” görüşü gərginliyi ilə yadda qalıb. Matçın taleyini həll edən yeganə qol oyunun son saniyələrində vurulub. Nicat Abdullayev “Bakı”ya mühüm qələbə qazandırıb. 20 turdan sonra “Neftçi” 46 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən 1 xal geri qalan “Qarabağ” ikinci, 41 xala malik “Bakı” isə üçüncü pillədədir.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi