Yunan məşqçi Araz Abdullayevdən danışdı

XƏBƏR 30 Dekabr 2011 / 10:36 2553
-  A +

Yunanıstanın "Panionios" klubunun baş məşqçisi Apostolos Mantzios üçüncü liqa təmsilçisi "Koroki" komandasına qarşı keçirilən yoxlama oyunundan (3:2) sonra mətbuat konfransı keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, o, bu görüşdə azərbaycanlı Araz Abdullayev də daxil olmaqda komandada olan yeni futbolçuları sınaqdan çıxardığını deyib.

Baş məşqçi bu futbolçuların "Panionios" ilk matçlarını keçirdiklərini və onlara komandaya uyğunlaşmaq üçün hələ vaxt lazım olduğunu söyləyib. Bununla belə, yunan məşqçi Arazın oyunundan razı qaldığını bildirib.




Son xəbərlər