Azərbaycan dünyada 24-cüdür

Azərbaycan dünyada 24-cüdür
XƏBƏR 30 Dekabr 2011 / 01:37 2187
-  A +

Azərbaycanın olimpiya növləri üzrə böyüklərdən ibarət yığma komandaları 2011-ci ildə keçirilmiş dünya çempionatlarında 13 medal qazanıblar.

Qol.Az-ın məlumatına görə, medallardan 3-ü qızıl, 3-ü gümüş, 7-si isə bürünc olub.

Medal əyarında ölkəmiz dünyada 24-cü yeri tutur. Siyahıya 108 medalla (44 qızıl, 36 gümüş, 28 bürünc) Çin başçılıq edir. ABŞ 83 medalla 2-ci, Rusiya 80 medalla 3-cü pillədə qərarlaşıb. Azərbaycan postsovet ölkələrin arasında Rusiya, Ukrayna və Belarusdan geri qalır.


Son xəbərlər