Məsut Özil və Hadisə barda əyləndi

Məsut Özil və Hadisə barda əyləndi
XƏBƏR 30 Dekabr 2011 / 00:12 3031
-  A +

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Məsut Özil Yeni İl tətili ilə əlaqədar səfər etdiyi İstanbulda gecə səyahətlərini davam etdirir. Qol.Az-ın məlumatına görə, Özil ötən gün dostları ilə birgə barlardan birinə baş çəkib.

Onun gəlişindən az sonra yarımmüdafiəçinin gözaltı etdiyi ünlü müğənni Hadisə də həmin məkanda görünüb. Bu isə müəyyən şübhələrə səbəb olub.

Hadisə bara getməmişdən öncə xeyli aralıdakı restoranda şam yeməyində olub. Onun oradan birbaşa bara yollanması və xeyli əylənməsi türkiyəli qəzetçiləri “barmaq dişləməyə” vadar edib.

 


Son xəbərlər