Berti Foqts - 65

Berti Foqts - 65
XƏBƏR 30 Dekabr 2011 / 00:09 1996
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu gün 65 yaşı tamam olur.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis yubiley yaşını bu dəfə vətənində deyil, Birləşmiş Ərəb Əmirliklərində qeyd edəcək.

Foqts 1946-cı il, dekabrın 30-da Almaniyanın Büttgen vilayətində dünyaya göz açıb. Ampluaca müdafiəçi olan Foqts peşəkar karyerasına 1965-ci ildə "Borussiya" (Münhenqladbax) klubunda başlayıb.

1979-cu ilə qədər "Borussiya"nın şərəfini qoruyan Berti keçirdiyi 419 oyunda 32 dəfə rəqib qapılarına yol tapıb. 1967-1978-ci illər ərzində milli komandanın (o vaxtlar Qərbi Almnaniya) formasını geyinən Foqts meydana çıxdığı 96 oyunda cəmi bir dəfə fərqlənir.

Daha sonra isə alman mütəxəssis məşqçilik karyerasına başlayıb. 1990-1998-ci illərdə Almaniya milli komandasını çalışdıran Foqts 1996-cı ildə Avropa çempionuluğuna yiyələnib. Ardından müvafiq olaraq Küveyt (2001-2002), Şotlandiya (2002-2004) və Nigeriya (2007-2008) yığmalarını çalışdıran Foqts 2008-ci ildən Azərbaycan millisinə rəhbərlik edir.

Qeyd edək ki, Berti Foqts Almaniya mətbuatına verdiyi açıqlamasında Azərbaycan millisinin onun karyerasında sonuncu iş yeri olacağını bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner