İdman yazarı Fatih Terimin "torbasını tikdi"

İdman yazarı Fatih Terimin "torbasını tikdi"
XƏBƏR 29 Dekabr 2011 / 01:35 2185
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimi cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, buna 58 yaşlı mütəxəssisin “Manisaspor”la Superliqa matçında akkreditə vərəqəsini gözlə görünən şəkildə taxmaması səbəb olub.

Superliqanın müvafiq təlimatını pozduğu üçün Terim 5 min lirə (təqribən 2500 manat) cərimələnib. Təcrübəli mütəxəssisin cəzalandırılmalı olduğunu gündəmə “Sabah” qəzetinin idman yazarı Hıncal Uluç gətirib. Məhz bundan sonra İntizam Komitəsi hərəkətə keçib.

Qeyd edək ki, “Manisaspor”la görüşdə “Qalatasaray” qalib gəlib – 1:0.


Son xəbərlər