İsrail millisinin baş məşqçisi: “Rəqiblərimiz çox ciddidir”

XƏBƏR 28 Dekabr 2011 / 21:56 1508
-  A +

DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olan İsrail milli komandasının yeni baş məşqçisi Eli Qutman mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, o qeyd edib ki, qrupdan çıxıb dünya çempionatının final mərhələsinə düşsələr, o zaman arzusu həyata keçəcək.

“Rəqiblərimiz çox ciddidir. Amma biz əlimizdən gələni edəcəyik ki, istəyimizə nail olaq” – deyən Eli Qutman əlavə edib ki, İsrail millisi daha bir nəfərin üzərində qurulan komanda olmayacaq. Bununla o, İsrail millisinin zədəli futbolçusu Yosi Benayunanın yoxluğuna görə “Avro-2012”yə gedə bilməməsiylə bağlı fikirlərə münasibət bildirib.

Xatırladaq ki, İsrail və Azərbaycan millsinin yer aldığı seçmə qrupda Rusiya, Portuqaliya, Şimali İrlandiya və Lüksemburq komandaları da var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner