"Bakı" Starkovu buraxmayacaq"

XƏBƏR 28 Dekabr 2011 / 21:38 1766
-  A +

Latviya Futbol Federasiyasının şərtinə baxmayaraq, "Bakı" klubu mövsümün sonuna qədər baş məşqçisi Aleksandr Starkovla yolları ayırmayacaq.

Qeyd edək ki, LFF milli komandaya yenidən baş məşqçi təyin etmək istədiyi Starkova ya yığmanı, ya da "Bakı"nı seçmək tələbi qoyub. Federasiya mütəxxəssisin eyni zamanda iki vəzifəni icra etməsini istəmir.

"Bakı" klubunun merketinq və mətbuat departamentinin rəhbəri Nəriman Mehdiyev Qol.Az-a bildirib ki, onların Starkovla müqaviləsi var: "Buna görə də Starkov ən azı mövsümün sonuna qədər "Bakı"da qalacaq".

N.Mehdiyev Starkovun LFF ilə danışıqları davam etdirdiyini də deyib.

Son xəbərlər