Rusiyalı futbolçu "Yuventus"a doğru

Rusiyalı futbolçu "Yuventus"a doğru
XƏBƏR 28 Dekabr 2011 / 16:22 2193
-  A +

Rusiyanın CSKA (Moskva) klubunun yarımmüdafiəçisi Alan Zaqoyevin İtaliya A Seriyasında oynayacağı iddia olunur.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Yuventus" klubu Zaqoyevin xidmətində maraqlıdır.

Turin təmsilçisinin 21 yaşlı futbolçunun transferi ilə bağlı yanvar ayında danışıqlara başlayacağı bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Zaqoyev yanvar ayından etibarən "Yuventus"da çıxış edəcək.

Qeyd edək ki, "Yuventus" Zaqoyevlə yanaşı, "Roma"nın hücumçusu Marko Boriello və "Sevilya"nın müdafiəçisi Martin Kasereslə də yaxından maraqlanır.


Son xəbərlər