Berti Foqts ad gününü Dubayda qeyd edəcək

Berti Foqts ad gününü Dubayda qeyd edəcək
XƏBƏR 28 Dekabr 2011 / 15:46 1474
-  A +

"Doğum günü mənim üçün adi günlərdən biridir. Digər günlərdən nə artıq, nə də əskik olacaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Dekabrın 30-da 65 yaşı tamam olacaq almaniyalı mütəxəssis doğum gününü vətənində deyil, Birləşmiş Ərəb Əmirliklərində qeyd edəcək.

Qeyd edək ki, yubiley yaşını Dubayda qeyd edəcək Foqtsun yanında Azərbaycandan gələn dostları da olacaq.


Son xəbərlər