"Rabitə" Rusiya klubundan güclü oldu

"Rabitə" Rusiya klubundan güclü oldu
XƏBƏR 28 Dekabr 2011 / 01:38 1851
-  A +

Ötən gün İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirinə start verilib.

Qol.Az-ın məlumatına görə, yarışda ölkəmizi son Azərbaycan və dünya çempionu “Rabitə” təmsil edib.

Zoran Qayiçin komandası ilk öncə Rusiya "Severstal"ı ilə qarşılaşıb. İlk iki setdə qələbə qazanan "Rabitə" 3-cü setdə üstünlüyü əldən versə də, sonda qələbə qazanmağı bacarıb.

Artıq ilk görüşündə qələbə qazanmaqla adını yarımfinala yazdıran təmsilçimiz daha sonra Fransanın "Kann" klubu ilə üz-üzə gəlib - 3:0. Digər qrupda isə “Volero” (İsveçrə), “Dinamo-Romprest” (Rumıniya) və “Unilever” (Braziliya) klubları mübarizə aparırlar.

Qeyd edək ki, sabah keçiriləcək yarımfinal oyunlarında qrup qalibləri digər qrupun ikincisi ilə qarşılaşacaq.

 

27 dekabr

"Severstal" (Rusiya) – "Rabitə" (Azərbaycan) - 1:3 (15:25; 19:25; 27:25; 22:25)

"Rabitə" (Azərbaycan) - "Kann" (Fransa) - 3:0 (25:23, 25:16, 25:23).


Son xəbərlər