Yola salacağımız 2011-ci il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri olub. Qol.Az-ın məlumatına görə, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.
Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.
İl ərzində qazandığımız uğurların statistik göstəricilərinə nəzər yetirək: Yığma komandalarımızın üzvləri 2011-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc – toplam 67 medal qazanıblar.
Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 7 qızıl, 4 gümüş, 7 bürünc, dünya çempionatında 2 qızıl, 2 gümüş, 5 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər.
Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa çempionatında 3 qızıl, 5 gümüş, 4 bürünc, dünya çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər.
Böyüklərdən ibarət yığma komandalarımız isə qazandıqları 22 medalın 14-nü (6 qızıl, 8 bürünc) Avropa çempionatında, 8-ni isə (2 qızıl, 1 gümüş, 5 bürünc) dünya çempionatında qazanmışlar. Eyni zamanda, XXX Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya çempionatında güləşçilərimiz 7 lisenziya qazanaraq 2011-ci ili uğurla başa vurublar.
Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 197 medal qazanıb. Bu medalların 72-sinin əyarı qızıl, 46-sı gümüş və 79-nun əyarı isə bürünc olub.
Bu ilin mart ayında Rusiya Federasiyasının Mahaçqala şəhərində FİLA tərəfindən keçirilən böyüklərin Dünya kuboku yarışlarında, sərbəst güləş üzrə yığmamız komanda hesabında III yer qazanıb. May ayında Almaniyanın Plauen şəhərində gənclər arasında ilk dəfə keçirilən Dünya kuboku yarışlarında yığma komandamız II yer əldə edib.
Qarşıdan gələn 2012-ci il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. 2012-ci ilin 7 ayı ərzində idmançılarımızın qarşısında əsas məqsəd XXX Yay Olimpiya Oyunlarına yüksək səvviyədə hazırlaşmaq, əldə olunmamış lisenziyaları qazanmaq və bu möhtəşəm yarışlarda yüksək əyarlı medallar qazanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi