"İnter"in futbolçusu "Mançester Yunayted"in hədəfində

"İnter"in futbolçusu "Mançester Yunayted"in hədəfində
XƏBƏR 28 Dekabr 2011 / 00:01 1947
-  A +

"İnter" klubunun yarımmüdafiəçisi Uesli Sneyderin yenidən İngiltərə Premyer Liqasında oynayacağı gündəmə gəlib.

Qol.Az-ın məlumatna görə, "Mançester Yunayted" klubunun maraq dairəsinə düşən hollandiyalı futbolçunun yanvarda İngiltərəyə gedəcəyi iddia olunur.

Son turlar komandada zədəlilərin sayının artması "qırmızı şeytanlar"ı transfer etməyə vadar edir. "Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Ferqyuson da Sneyderin xidmətində maraqlıdır.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2009-cu ildə "Real" (Madrid) klubundan "İnter"ə transfer olunmuşdu. 


Son xəbərlər