"Çempionluq şansımız bir qədər də azaldı"

"Çempionluq şansımız bir qədər də azaldı"
XƏBƏR 27 Dekabr 2011 / 17:28 2000
-  A +

"Çelsi" klubunun baş məşqçisi Andre Villas Boaş dünən keçirilən "Fulhem"lə (1:1) oyundan sonra artıq çempionluq şanslarının tükəndiyini bildirib.

Qol.Az-ın məlumatına görə, Premyer Liqanın son turunda vacib iki xal itirərək rəqiblərindən bir qədər də aralı düşən "Çelsi"nin çalışdırıcısı bu haqda belə danışıb:

"Fulhem"lə görüşdən sonra çempionluq şansımız bir qədər də azaldı. Artıq rəqiblərimizə çatmaq heç də inandırıcı görünmür. Bununla belə, mübarizəmizi sonadək davam etdirəcəyik. Lakin ilk öncə yanvarda güclü transferlər etməliyik".

Qeyd edək ki, "Çelsi" klubu 18 turdan sonra 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Son xəbərlər