Kaka Premyer Liqaya doğru

Kaka Premyer Liqaya doğru
XƏBƏR 27 Dekabr 2011 / 16:54 2403
-  A +

Ingiltərənin "Çelsi" klubu Madrid "Real"ının yarımmüdafiəçisi Kakanı transfer etməyə çox yaxındır.

Qol.Az-ın məlumatına görə, "Real" rəhbərliyi də "Çelsi"nin təklifini müsbət qarşılayıb.

"Real"a gəldiyi gündən bəri zədə səbəbindən əsas heyətdən kənarda qalan Kaka yanvar ayında Madriddən ayrıla bilər.

London təmsilçisi braziliyalı futbolçu üçün 22 milyon funt-sterlinq ödəməyə hazır olduğunu açıqlayıb. "Çelsi"nin sahibi Roman Abramoviçin bu məbləği artıra biləcəyi də bildirilir.

Qeyd edək ki, Kaka 2009-cu ildə 55 milyon funt-sterlinq müqabilində "Milan"dan "Real"a transfer edilmişdi. 


Son xəbərlər